Deyilənə görə, savadlı, bilikli, yəni “abrazavolski” olmaq yenidən dəbə minir. Biz də hesab elədik ki, əsl vaxtıdır. İstiPress Sənə savadını yoxlamağa qəşəng fürsət verir – İSTİTEST! Bizim testlərdə hər şey var: ədəbiyyat, tarix-nadir, coğrafiya, ümumi biliklər, hətta mətbəxə qədər. Özü də bu testlər TQDK-dan fərqli olaraq havayı, yəni müftədir. Qorxma, test nə qədər qəliz olsa, vaxtın bir o qədər uzun olacaq.
İSTİTEST göstərdiyin nəticələri sosial şəbəkələrdə paylaşıb lovğalanmaq imkanı da verir.
Hazırsansa, buyur yuxarı başa.
Ən yaxın dostun, sirdaşın, yoldaşın olan cib telefonunu yaxşı tanıyırsansa, 3 dəqiqəyə mobil rabitə haqda 10 suala cavab ver.
Söhbət, əlbəttə ki, köhnə kişilərdən gedir. İndiki milyonçulardan yəqin 100 il sonra yazarlar:) Əlqərəz, 5 dəqiqəyə 10 suala cavab tap.
Yeyib-içməklə aran necədir? Azərbaycan mətbəxini yaxşı bilirsənsə, 3 dəqiqə ərzində 10 suala cavab ver.