Salam-salam!

Deyilənə görə, savadlı, bilikli, yəni “abrazavolski” olmaq yenidən dəbə minir. Biz də hesab elədik ki, əsl vaxtıdır. İstiPress Sənə savadını yoxlamağa qəşəng fürsət verir – İSTİTEST! Bizim testlərdə hər şey var: ədəbiyyat, tarix-nadir, coğrafiya, ümumi biliklər, hətta mətbəxə qədər. Özü də bu testlər TQDK-dan fərqli olaraq havayı, yəni müftədir. Qorxma, test nə qədər qəliz olsa, vaxtın bir o qədər uzun olacaq.
İSTİTEST göstərdiyin nəticələri sosial şəbəkələrdə paylaşıb lovğalanmaq imkanı da verir.
Hazırsansa, buyur yuxarı başa.